Amerika Birləşmiş Ştatları hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri, ölkənin keçmiş baş naziri, milyarder Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib.
Bizimxeber.az bildirir ki, qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub. Bu, İvanişvilinin - birbaşa və ya dolayısı ilə Rusiya Federasiyasının maraqları naminə və ya onun adından etdiyi hərəkətlər kimi qəbul edilib.
ABŞ-ın qərarı nəticəsində, Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) izah etdiyi kimi, "İvanişvilinin ABŞ-da yerləşən və ya ABŞ şəxslərinə məxsus olan və ya onlara nəzarət edən bütün aktivləri bloklanacaq".
Qərar prezident Co Baydenin 2021-ci il aprelin 15-də “Rusiya Federasiyasının zərərli hərəkətlərinə” cavab olaraq verdiyi 14024 saylı İcra Sərəncamına əsasən qəbul edilib.
Bu, “demokratik təsisatları və dəyərləri sarsıdan hərəkətlər edən, həmçinin beynəlxalq korrupsiyaya yol verən” şəxsləri əhatə edir.