Litvanın Ukraynaya təhvil verdiyi Amerikanın M113 zirehli transportyorları artıq Ukraynada cəbhə xəttindədir.
Bizimxeber.az bildirir ki, bu barədə Litvanın milli müdafiə naziri Arvydas Anusauskas Twitter mikrobloqunda məlumat verib. “Litva M113 zirehli transportyorları Ukrayna əsgərlərinin həyatını qorumaq üçün artıq Ukraynadakı döyüş meydanına çatıb.
Mayın 24-də Anusauskas Litvanın Ukraynaya ABŞ istehsalı olan 20 M113 zirehli transportyoru, həmçinin Ukraynanın minalardan təmizləmə işlərində istifadə edəcəyi 10 hərbi yük maşını və 10 yolsuzluq avtomobili göndərəcəyini açıqlamışdı.