ABŞ İsrailin Livandakı hərəkətlərini dəstəkləyir

Dövlət Departamenti Vaşinqtonun İsrailin Livandakı əməliyyatını dəstəklədiyini açıqlayıb 

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib. “Lakin biz son nəticədə bu münaqişənin diplomatik həllini görmək istəyirik”, - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Livan sakinlərinə şiə Hizbullah hərəkatından özlərini xilas etməyi təklif etmişdi.