ABŞ-ın Ukraynaya verdiyi silahların - Siyahısı

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ABŞ Ukraynaya 108 haubitsa, 26 min “Javelin” və digər tank əleyhinə sistemlər, 1400 “Stinger” verib.

Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

"Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri prezident Bayden Ukraynaya 11 tranş hərbi dəstək elan edib. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukrayna xalqını öz ölkəsini müdafiə etmək üçün lazım olan hər şeylə təmin etmək üçün çalışırıq", - səfirlik bildirib.

Bundan başqa Ukraynaya 220 min artilleriya mərmisi, 50 milyon patron, 75 min dəst zireh və dəbilqə göndərilib. Ümumi yardımın məbləği 4.6 milyard dollar təşkil edir.