ABŞ-ın qırıcı təyyarəsi qəzaya uğradı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler qırıcı təyyarəsi Vaşinqton ştatında qəzaya uğrayıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Seattle Times" qəzeti məlumat verib,

Qəzet yazır ki, EA-18G Growler təyyarəsi təlim uçuşu zamanı Rainier dağının şərqində qəzaya uğradıqdan sonra iki pilot itkin düşüb.

Qəza yerini müəyyənləşdirmək və pilotları axtarmaq üçün Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter gətirilib.

İtkin düşənlərin adları açıqlanmır.