ABŞ-ın Qəzzaya göndərdiyi humanitar yardım talan edilib

Təxminən 570 ton humanitar yardım Qəzza zolağına yeni Amerika estakadası vasitəsilə daxil olub. Ancaq bu cəhdin faydaları boşa çıxıb. Belə ki, gələn yüklərin çoxu talan edilib.

Bizimxeber.az bildirir ki, bu barədə Kanal 12-nin saytı məlumat yayıb. Qəzza zolağındakı mənbələr yüklərin kütləvi şəkildə talan edildiyini bildirir.

Humanitar yardımın dəniz körpüsündə boşaldılmasından sonra həmin sektorda fəaliyyət göstərən beynəlxalq təşkilatların (o cümlədən UNRWA) anbarlarına göndəriləcəyi gözlənilirdi. Lakin Qəzza zolağı sakinlərinin izdihamı yük maşınlarının yolunu bağlayıb, onların üstünə çıxır və onları talan edirlər.