ABŞ-ın nüvə təyyarədaşıyan gəmisi ticarət gəmisi ilə toqquşdu

Aralıq dənizində “USS Harry Truman” nüvə təyyarədaşıyan gəmisi ilə “Beşiktaş-M” ticarət gəmisi toqquşub.

Bizimxeber.az bildirir ki, həmin an gəmilər Misirdə Port Səid yaxınlığında olub.

Toqquşma nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir. Bundan əlavə, təyyarədaşıyan gəminin hərəkət sistemlərinin zədələnmədiyi bildirilib.