ABŞ-ın "Herkules"i Ukrayna ilə sərhəddə endi

Amerikanın "Herkules" turbovintli hərbi-nəqliyyat təyyarəsi Ukrayna sərhədi yaxınlığında görüntülənib.

Bizimxeber.az bildirir ki, bu barədə "Flightradar" uçuş izləmə portalından məlumat əldə edilib.

Məlumata görə, Kanada Hərbi Hava Qüvvələrində xidmətdə olan Lockheed CC-130J Hercules (“Hercules”) noyabrın 25-də Şotlandiyanın Prestvik aerodromundan havaya qalxaraq yerə enib. Polşanın Rzeşov şəhəri Ukrayna ilə sərhəddən 90 kilometr aralıda yerləşir.

Məlumdur ki, ABŞ-ın “ Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən istehsal olunan “CC-130J Hercules” taktiki-nəqliyyat təyyarəsi qoşunların daşınması və yüklərin daşınması da daxil olmaqla, geniş tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunur.