ABŞ-ın Avropa ilə bağlı bəyanatından sonra təcili toplandılar

Avropa Birliyinin xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransından sonra təcili müzakirə üçün toplanıblar.

Bizimxeber.az bildirir ki, buna ABŞ-ın Avropa ilə münasibətlərə dair bəyanatları səbəb olub.

Görüşdə qeyd olunub ki, Avropa Ukraynanı dəstəkləmək və öz müdafiəni gücləndirmək məsələsində möhkəm birliyi qoruyur. Avropa Ukraynanı dəstəkləmək üçün birləşir və azad dünyanı qətiyyətlə müdafiə etməyə sadiqdir. 

Görüşün konkret detalları ictimaiyyətə açıqlanmır.

Aİ-nin baş diplomatı Kaia Kallas qeyd edib ki, Vancenin çıxışı Amerikanın Avropa ilə “mübarizə aparmağa” çalışması təəssüratını yaradır , lakin Avropa bunu istəmir.