ABŞ ilə münasibətlərin yenidən qurulmağa çalışırıq - Kobaxidze

“Gürcü arzusu”nun əsas xarici siyasət prioritetlərindən biri ABŞ ilə münasibətlərin yenidən qurulmasıdır.

Bizimxeber.az bildirir ki, bunu Gürcüstanın baş naziri İraklii Kobaxidze bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin bir sıra anti-Qərb addımlarından sonra xeyli pisləşən gürcü-amerikan münasibətlərinin yaxşılaşdırılması üçün “mümkün olan hər şey” ediləcək.

"Bizim əsas xarici siyasət prioritetlərimizdən biri ABŞ-la münasibətlərin bərpasıdır və bunun üçün biz mümkün olan hər şeyi edəcəyik", - Kobaxidze qeyd edib.

O əlavə edib ki, "Gürcüstan hökuməti buna hazırdır. Ümid edirik ki, yeni administrasiya (ABŞ - red.) dövründə biz effektiv addımlar görəcəyik", - deyə Gürcüstan hökumətinin başçısı yekunlaşdırıb. 

Qeyd edək ki, dekabrın 27-də ABŞ Maliyyə Nazirliyi Gürcüstanın hakim partiyasının fəxri prezidentinə qarşı sanksiyalar tətbiq edib.