ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı


ABŞ hakimiyyəti Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib. 

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

Onun sözlərinə görə, bu qərar hakim “Gürcü arzusu” partiyasının Tbilisinin Avropa İttifaqına (Aİ) üzvlüyünün dayandırılması fonunda qəbul edilib.