ABŞ-ın Gürcüstandakı səfirliyi təsdiqləyib ki, prezident Co Baydenin administrasiyası gürcü nümayəndə heyəti ilə görüşdən imtina edib və baş nazir İrakli Kobaxidzeni qəbul etmək dəvətini ləğv edib.
Bizimxeber.az bildirir ki, səfirliyin bəyanatına görə, bu addım Gürcüstan hökumətinin "antidemokratik hərəkətləri, ABŞ və Qərbə yönəlmiş dezinformasiya və mənfi ritorika" ilə əlaqədardır.
Kobaxidze, BMT Baş Assambleyasında Gürcüstan nümayəndə heyətinə rəhbərlik edən şəxs olaraq qəbul ediləcək şəxslər siyahısında olub
Xatırladaq ki, 16 sentyabrda ABŞ Gürcüstandan olan iki məmur və iki fərdi şəxsə qarşı sanksiyalar elan etmişdi. Sanksiyalara səbəb dinc etirazların zorakılıqla yatırılması və "xarici agentlər" haqqında qanuna qarşı baş verən hadisələrdir. Sanksiyalara məruz qalan şəxslər arasında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişvili və müavini Mileri Laqazauri, həmçinin Rusiyayönlü partiyanın liderləri Koka Morqoşia və Zura Maxaradze var.
Bundan əlavə, müxalif “Formula” telekanalı xəbər verir ki, Aİ ölkələri arasında Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması barədə razılıq əldə edilib. Baş nazir Kobaxidze bu şayiələri "ucuz şantaj" adlandırıb.