ABŞ generalından şok proqnoz - Ukrayna Krıma nə vaxt girəcək?

ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodces gələn ilin ortalarına qədər Silahlı Qüvvələrin işğal olunmuş Krıma daxil olacağını proqnozlaşdırır.

Bu barədə Hodces LRT ilə müsahibəsində deyib.

"Ümid edirəm ki, bu ilin sonuna qədər Ukrayna qoşunları fevralın 23-də rus qoşunlarını mövqelərinə geri itələyəcək, gələn ilin ortalarında isə ukraynalılar Krımda olacaq”, - general bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya prezidentinin elan etdiyi səfərbərlik Vladimir Putinin ümidsizliyə qapıldığını göstərir. General hesab edir ki, bu, yaxın gələcəkdə gözlənilən nəticəni verməyəcək, çünki orduya çağırılan vətəndaşların hazırlanması üçün vaxt lazımdır. 

Bundan əlavə, Hodces rusların 300 min adamı səfərbər edə biləcəyinə şübhə edir.Sentyabrın 10-da prezident Vladimir Zelenski bildirib ki, bütün işğal olunmuş ərazilərin geri qaytarılmasına gedən yol aydınlaşır və Ukrayna dayanmaq fikrində deyil.

Sentyabrın 14-də Zelenski Krımın və digər ərazilərin rus işğalçılarından azad ediləcəyini bildirib və bu mesajı işğal altında olan sakinlərə göndərib.