ABŞ F-35-ləri Litvaya göndərdi

"ABŞ hərbi təyyarəsi F-35-lər Litvaya gəlib".

Bizimxeber.az bildirir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. 

"Fevralın 24-də Litvada silahlı ABŞ F-35 hərbi təyyarələri ABŞ-ın əlavə hərbi qüvvələrinin yerləşdirildiyi Litva Ordusu Hərbi Hava Qüvvələrinin Şyaulyay şəhərindəki aviabazasına eniş edib. Həmçinin təhlükəsizlik vəziyyətinə cavab olaraq,  Litvada "3-66 Armor" ağır batalyonunun rotasiyası davam edir".

Litvanın müdafiə naziri Arvydas Anusauskas bunu ABŞ-ın qonşuluqda başlayan müharibəyə adekvat cavabı adlandırıb: "Biz həmişə ABŞ-ın Litvada daimi hərbi mövcudluğuna çalışmışıq"