ABŞ Qarabağ sakinlərinə 11,5 milyon dollar humanitar yardım ayıracaq. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer jurnalistlərə bildirib.
“Qarabağdan gələn insanların ehtiyaclarını nəzərə alaraq, mən bu gün bəyan edirəm ki, ABŞ hökuməti humanitar yardım üçün 11,5 milyon dollar ayırır”, - Pauer bildirib. Bu vəsait yardımların göstərilməsinə sərf olunacaq - yeməkdən tutmuş psixoloji yardıma qədər.