ABŞ-Ermənistan arasında müdafiə əməkdaşlıq müzakirə olundu

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonda erməni həmkarı Suren Papikyan ilə görüşüb.

Bizimxeber.az bildirir ki, bu barədə rmənistan Müdafiə Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub. 

Pentaqonun rəhbəri qeyd edib ki, Ermənistanın müdafiə idarəsi rəhbərinin səfəri tarixidir. Görüş zamanı Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. O, həmçinin ABŞ-ın Ermənistan Silahlı Qüvvələrinin islahatlarını dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.