ABŞ dövlət katibinin Münhenə uçan təyyarəsində problem - Geri qayıtdı

ABŞ dövlət katibi Marko Rubionun Münhenə uçan təyyarəsi uçuşun ortasında dönərək Vaşinqtona geri dönüb.

Bizimxeber.az bildirir ki, çüxtəlif məlumatlar səsələnsə də, jurnalistlər bunun texniki səbəblərdən baş verdiyini qeyd ediblər. 

Qeyd olunub ki, dövlət katibi Almaniyaya və Yaxın Şərqə səyahətini ayrıca təyyarə ilə davam etdirəcək. 

Rubionun Dövlət Departamentinin təqviminə uyğun olaraq Münhen Təhlükəsizlik Konfransında iştirakı planlaşdırılır. Tədbir fevralın 14-16-na planlaşdırılıb.