ABŞ Dövlət katibinin köməkçisi Paşinyanla görüşdü - Fotolar

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda səfərdədir.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid regiondakı prosesləri, Qarabağ münaqişəsinin həlli, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesini müzakirə ediblər.

Həmçinin amerikalı diplomatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da qəbul edib.

XİN rəhbəri həmsöhbətini Azərbaycanla münasibətlərin normallaşması, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması istiqamətində gedən proseslər barədə məlumatlandırıb.

Qeyd edək ki, Karen Donfrid Ermənistandan əvvəl Azərbaycanda səfərdə olub.