ABŞ dollarının əvəzini yalnız BRİKS ölkələri tapa bilər

BRİKS ölkələri Amerika dollarının əvəzini tapa bilməyəcəklər, dünyada onun alternativi yoxdur. Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Mən 30-35 ildir ki, valyuta bazarlarında iştirak edən biri kimi sizi əmin edə bilərəm ki, dolların alternativi yoxdur. Bu digər ölkələr (BRİKS) bu barədə danışa bilər. Onlar bizim ehtiyat valyuta statusumuzu əlindən almağa cəhd edə bilərlər, lakin üfüqdə başqa ehtiyat valyuta yoxdur”, - Bessent deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrindən yeni valyuta yaradacaqları və ya ABŞ dollarından imtina etsələr, onların mallarına 100% rüsum tətbiq edəcəyi ilə hədələmişdi.