ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 19 ölü - Video

Vaşinqtonda “Bombardier CRJ700” sərnişin təyyarəsi ilə “Sikorsky H-60” hərbi helikopteri toqquşub.

Bizimxeber.az bildirir ki,  xarici mediaya istinadən xəbər verir ki, hadisə Ronald Reyqan hava limanının yaxınlığında, təyyarə eniş etməyə hazırlaşarkən qeydə alınıb.

Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “NBC”nin məlumatına görə, çaydan 4 nəfər çıxarılıb və xəstəxanaya çatdırılıb. Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.

İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var. Bununla yanaşı, insidentdən sonra aeroportun fəaliyyəti dayandırılıb.

***

“BNO News” portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.