ABŞ-nin Atlanta şəhərinin hava limanında “Delta Air” aviaşirkətinə məxsus təyyarədən 200-dən çox sərnişin təxliyə edilib.
Bizimxeber.az “CNN”ə istinadən xəbər verir ki, Minneapolisə uçmalı olan təyyarənin mühərrikində problem aşkar edilib.
Bunun ardınca, sərnişinlərin təcili təxliyəsi barədə qərar verilib. Proses zamanı 4 nəfər yüngül xəsarət alıb. Sərnişinlərdən birinin sözlərinə görə, təyyarə hərəkətə başlayarkən mühərrikdə yanğın qeydə alınıb.Bununla belə, sözügedən iddia ilə bağlı rəsmi açıqlama verilməyib.