ABŞ dayandırdı, Britaniya qucaq açdı - Ukraynalı qaçqınlarla bağlı qərar

Böyük Britaniya hökuməti ukraynalı qaçqınlara uşaqlarını ölkəyə gətirməyə icazə verib.

Bizimxeber.az bildirir ki, rəsmi icazədə qeyd olunur ki, qaçqın gələn uşaqlar Britaniya qanunlarına uyğun olaraq təhsil, səhiyyə, sosial müavinətlər və məşğulluq imkanlarına çıxış əldə edəcəklər.

Uşaqlar İngiltərə qanunlarına uyğun olaraq təhsil, səhiyyə, müavinətlər və məşğulluq imkanlarından yararlana biləcəklər.

Rəsmi qurumdan verilən məlumata görə, Ukraynadan olan qaçqınların uşaqları 18 ay valideynlərinin yanında qala biləcəklər, lakin onlar adətən sponsorluq proqramında nəzərdə tutulan ödənişləri ala bilməyəcəklər.

Qeyd olunur ki, övladları ilə birlikdə Böyük Britaniyaya köçmək istəyən valideynlərin daimi yaşayış statusuna malik olmasına ehtiyac yoxdur.

Qeyd edək ki, ABŞ ukraynalı qaçqınların maliyyələşdirilməsi proqramını dayandırıb. Yeni müraciətlər artıq qəbul edilmir. Qərar prezident Donald Trampın sərhəd təhlükəsizliyi ilə bağlı imzaladığı sərəncamın bir hissəsi kimi qəbul edilib. Böyük Britaniya hökumətinin məlum addımı isə ABŞ-ın bu qərarına cavab hesab olunur. Qeyd edilir ki, Britaniya Ukraynaya və ukraynalılara dəstək verməyə hazır olduğunu bildirib.