ABŞ-dan Ukraynaya daha 300 milyonluq hərbi yardım

ABŞ Ukraynaya daha 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan etməyi planlaşdırır. Bu paket əsasən əlavə sursatlardan ibarətdir.

"Bizimxeber" bildirir ki, bu barədə "Reuters" məlumat verib. 

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketində HIMARS buraxılış qurğuları üçün daha çox idarə olunan çoxlu reaktiv yaylım atəşi sistemləri və döyüş sursatları olacağı gözlənilir. Paketdə olan hərbi texnikanın Ukraynaya ABŞ ordusunun ehtiyatlarından Prezident Administrasiyası vasitəsilə alınması planlaşdırılır.