ABŞ-dan Suriya açıqlaması: Ordunu çıxarmırıq!

ABŞ Suriyanın şərqində hərbi varlığını davam etdirəcək.

Bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Dan Şapiro bildirib.

O qeyd edib ki, ABŞ-ın bölgədə mövcudluğu İŞİD-in son məğlubiyyətini təmin etmək üçün vacibdir və bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur: “Biz Suriyadakı bütün tərəfləri mülki insanları, xüsusən də Suriya azlıqlarını qorumağa, beynəlxalq hərbi normalara hörmət etməyə və siyasi həlli ehtiva edən qətnamə üzərində işləməyə çağırırıq".