ABŞ-dan Rusiyaya qarşı daha sarsıdıcı sanksiyalar

ABŞ Maliyyə Nazirliyi Rusiya və bir sıra digər ölkələrdən 22 fiziki və 83 hüquqi şəxsi qara siyahıya salıb.

Bizimxeber.az bildirir ki, bundan əlavə, sanksiyalar çərçivəsində ABŞ Ticarət Nazirliyinin qara siyahısı bir qədər də genişləndirilib. Daha 76 yeni hüquqi şəxs bu siyahıya əlavə edilib.

Skolkovo texnoparkı və əlaqəli şirkətlər, həmçinin Skolkovo və Skoltech fondları sanksiyalara məruz qalıb.

Sanksiyalar çərçivəsində ABŞ martın 10-dan Rusiyadan alüminium və alüminium məhsullarının idxalına 200% rüsum tətbiq edəcək.

ABŞ Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinə də ixrac məhdudiyyətləri qoyub.