ABŞ-dan Qazaxıstan üzərindən Rusiyaya dəstək - "Mir" kartlarına icazə verildi

ABŞ Xəzinədarlığı Qazaxıstan banklarına "Mir" kartlarına xidmət göstərməyə icazə verib.

"Bizimxeber" bildirir ki, Qazaxıstan bankları Mir kartları ilə işləmək üçün ABŞ Maliyyə Nazirliyindən icazə alıb. Qazaxıstan hökuməti məlumatı sədriqləyib.

İcazədə qeyd olunur ki, ABŞ fiziki şəxslərin, xüsusən də Rusiyadan Qazaxıstana köçmüş şəxslərin gündəlik əməliyyatları üçün "Mir" kartlarından istifadəyə etiraz etmir. 

Məktubda qeyd edilir ki, sistemdən sanksiyalardan yayınmaq üçün istifadə olunmasının qarşısını almaq üçün “Mir” kartı ilə aparılan əməliyyatlar xüsusi nəzarətə götürüləcək.

Banklar bu kartlardan istifadə etməklə ödəniş və köçürmələri qəbul etmək, habelə fiziki şəxslər üçün bankomatlar vasitəsilə pul köçürmələrini həyata keçirmək hüququna malikdirlər. 

Beynəlxalq maliyyə ekspertləri ABŞ-ın bu addımını Qazağıstan üzərindən Rusiyaya dəstək kimi qiymətləndirirlər.