ABŞ dövlət katibi Entoni Blinken, İranın Rusiyaya Ukraynada istifadə etmək üçün ballistik raketlər ötürdüyünü təsdiqləyib və Tehrana qarşı yeni sanksiyaların qaçılmaz olduğunu bildirib.
Bizimxeder.az bildirir ki, Blinken, bu barədə Londonda jurnalistlərə açıqlama verib.
Blinken, İranın dövlət hava yolu şirkəti Iran Air-ə qarşı tədbirlərin də daxil olduğu yeni sanksiyaların bu gün elan olunacağını qeyd edib.
O, Tehrana bu addımın təhlükəli eskalasiya olacağı barədə xəbərdarlıq etdiklərini vurğulayıb və bildirib ki, Rusiya artıq bu raketlərin partiyalarını alıb və yaxın həftələrdə istifadə edəcək.