ABŞ ilk dəfə olaraq ruslardan müsadirə etdiyi aktivləri Ukraynanın ehtiyaclarına ödəyib.
Bizimxeber.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, artıq Rus iş adamı Konstantin Malofeyevdən müsadirə edilən 5,4 milyon dollar Kiyevin ehtiyaclarına köçürülüb.
Malofeyev 2014-cü ildə, sonra isə 2022-ci ilin aprelində yenidən ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.