ABŞ-da təyyarə diler mərkəzinə çırpıldı - Ölənlər var

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərindən havaya qalxan yüngül mühərrikli təyyarə Marietta şəhərində diler mərkəzinin dayanacağına çırpılıb. 

Təyyarədə olan pilot və sərnişin dünyasını dəyişib.

Diler mərkəzində baş verən yanğında çoxlu avtomobil yanıb. Səlahiyyətlilər təyyarənin havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra naməlum səbəbdən qəzaya uğradığını bildirib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.