ABŞ rəhbəri Donald Trampın Təhsil Departamentini ləğv etmək üçün icraedici addımlar planlaşdırır.
Bizimxeber.az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Leavitt "FOX Business" telekanalına müsahibəsində deyib.
Leavitt, Trampın təhsil sahəsində ciddi dəyişikliklər etmək istədiyini və Təhsil Departamentinin xərclədiyi milyonlarla dolların nəticə vermədiyini vurğulayıb.
O, ABŞ-da gənc uşaqların və tələbələrin savadlılıq və riyaziyyat səviyyələrinin narahatedici olduğunu qeyd edərək, Təhsil Departamentinin bu sahədəki uğursuzluqlarını dilə gətirib. Leavittin sözlərinə görə, Trampın növbəti hədəfi Təhsil Departamentinin bağlanması ola bilər. Rəsmilər, departamentin nizamnaməsində yazılmayan funksiyaların ləğvini və ya bu funksiyaların digər qurumlara verilməsini müzakirə edirlər.
Trampın bu addımları ilə təhsil sistemində köklü dəyişikliklər etməyi hədəfləyir.
Qeyd edək ki, Doland Tramp, iki təhsil sərəncamı imzalayıb.