Amerikanın bir sıra şəhərlərində ABŞ-dan qeyri-qanuni mühacirlərin kütləvi deportasiyasına qarşı etiraz aksiyaları keçirilib.
Bizimxeber.az bildirir ki, ən böyük etiraz aksiyası Los-Ancelesdə keçirilib və minlərlə insan iştirak edib.
"Prezident Trampın kütləvi deportasiya və immiqrasiya siyasətinə etiraz edən minlərlə etirazçı bazar günü Los-Ancelesin tarixi mərkəzində küçələri və 101 Freeway-i bağlayıb, Cənubi Kaliforniyanın bir neçə şəhərində isə kiçik etirazlar keçirilib.
Qeyd olunur ki, etirazçılar ölkənin yeni miqrasiya siyasəti ilə əlaqədar ABŞ-dan deportasiya oluna biləcək qeyri-qanuni mühacirlərə dəstək ifadə ediblər. Bəzi fəallar Meksika bayraqlarını dalğalandırıblar.
Newsweek-in məlumatına görə, etirazlar Arkanzas, Missuri və Corciya ştatlarında da keçirilib. Ən böyük etirazlar isə Texas və Kaliforniyanın digər şəhərlərində baş tutub.