ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin lideri Si Cinpini inauqurasiya mərasiminə dəvət edib.
Bizimxeber.az bildirir ki, mərasimin yanvarın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılır. Telekanalın məlumatına görə, dəvət noyabrın əvvəlində göndərilib, lakin Pekinin cavabı məlum deyil.
Dövlət Departamentinin məlumatına görə, 1874-cü ildən bəri heç bir xarici ölkə prezidentin andiçmə mərasimlərində iştirak etməyib və adətən bu mərasimlərdə səfirlər və yüksək rütbəli diplomatlar iştirak edir.