ABŞ-da atışma -  ölənlər var

ABŞ-ın Kaliforniya ştatının Tulare dairəsində atışma baş verib, azyaşlı uşaq da daxil olmaqla altı nəfər həlak olub. 

Bu barədə "Fox News” telekanalı məlumat yayıb.

Atışma Qoşendəki evlərdən birində qeydə alınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 5 ölü və bir yaralı aşkar ediblər, xəsarət alan şəxs sonradan xəstəxanada dünyasını dəyişib. 

Polis hadisə yerindən qaçan iki şübhəlini axtarır. Hüquq-mühafizə orqanlarına görə, evə hücum təsadüfi olmayıb və cinayətkar dəstələrin fəaliyyəti ilə bağlı ola bilər.