Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni miqrantların kütləvi deportasiyası başladığı üçün 730 mindən çox məktəbli deportasiya təhlükəsi ilə üzləşib.
Bizimxeber.az bildirir ki, bu barədə Washington Post məlumat yayıb.
Narahatlıqlar ABŞ prezidenti Donald Trampın qeyri-qanuni mühacirlərin ABŞ ərazisindən çıxarılmasına dair sərəncam imzalaması ilə bağlı yaranıb. Qeyd olunur ki, miqrasiya xidmətləri əvvəllər yan keçilən xəstəxana, kilsə və məktəblərdə reydlər keçirməyə başlayacaq.
Kütləvi deportasiya iddiaları fonunda, miqrant valideynlər hazırkı Təhsil Hüququ Aktına baxmayaraq, hələ ABŞ vətəndaşlığını almamış övladlarını məktəbə göndərməkdən qorxurlar.
"Məktəb rəsmiləri narahatdırlar ki, bu cür düşüncə uşaqların günlər və ya həftələr dərsdən yayınmasına səbəb ola bilər ki, bu da onların sosial və akademik inkişafına zərər verə bilər"