ABŞ-ın Vaşinqton ştatında fırtına səbəbindən 650 minə yaxın istehlakçı işıqsız qalıb.
Bizimxeber.az bildirir ki, kəsintilərin çoxu Sietl də daxil olmaqla Snohomish və Kinq qraflıqlarında baş verib. Qeyd olunur ki, ştatda ağacların aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Sinoptiklər fırtınanın güclənəcəyi və Oreqon və Kaliforniya ştatlarına da təsir edəcəyi barədə xəbərdarlıq ediblər. Küləyin və yağışın noyabrın 22-dək davam edəcəyi gözlənilir.
Mənbə /ABC News/