ABŞ bu ölkəyə F-22-lər yerləşdirir

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) noyabrın əvvəlindən Yaponiyanın Okinava adasındakı Kadena bazasına beşinci nəsil F-22 "Raptor" qırıcılarını yerləşdirməyə başlayacaq. 

Bu barədə “Nikkei” məlumat yayıb.

Məlumata görə, hazırda bazada 50 ədəd F-15 qırıcısı var və onlar tezliklə ABŞ-a göndəriləcək.

Qeyd edək ki, F-22 qırıcıları yüksək döyüş potensialına malikdir.