ABŞ bu ərazidə ordu yerləşdirdi

ABŞ Rusiya ilə sərhəd yaxınlığında yerləşən Estoniyanın Reedo hərbi bazasında öz ordusunun bir hissəsini yerləşdirib.

Bizimxeber.az bildirir ki, Baza Leninqrad vilayətinin sərhədindən 140 km aralıda yerləşir.

Nəşrin məlumatına görə, Voru şəhəri yaxınlığındakı Reedo aviabazasında keçirilən mərasimdən sonra ABŞ ordusunun 7-ci süvari alayının 5-ci eskadrilyası Reedoya yerləşdirilib və Estoniya Silahlı Qüvvələrinin 2-ci Piyada Briqadasına təyin edilib.