"ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatlarını razılaşdırmaq niyyətindədir və Azərbaycanın ona ev sahibliyi etməyə hazır olmasından məmnundur".
Bizimxeber.az "Sputnik"ə istinadən bidirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
"Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik", - Miller deyib.
Amerikalı diplomat deyib ki, ABŞ Azərbaycan hökumətinin verdiyi bəyanatları alqışlayır. Belə bir beynəlxalq müşahidə missiyasına ev sahibliyi etməsinə daha çox məmnun olacaq.
Onun sözlərinə görə, ABŞ Qarabağda eskalasiya zamanı Rusiyanın oynadığı rolu məhsuldar hesab etmir. "Mən, əlbəttə ki, Rusiyanın ötən həftə burada məhsuldar rol oynadığını düşünmürəm. Biz bunu zaman-zaman görmüşük. Onların danışıqlara şərait yaratdıqları hallar olub, biz bunu alqışlamışıq, amma təbii ki, onların rolu məhsuldar olmayıb.