ABŞ bəyan etdi - Moskva və Kiyev arasında dialoqa hazırıq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçiliyinə namizədi Keyt Kelloq Rusiya və Ukrayna münaqişənin sülh yolu ilə həlli üzrə dialoq aparmağa tam hazırdır. 

Bizimxeber.az bildirir ki, bu barədə Amerikanın Fox News telekanalında istefada olan general-leytenant bildirib: "Düşünürəm ki, hər iki tərəf tamamilə hazırdır”.

Bu arada Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kelloqun Rusiyaya səfəri hələ müzakirə olunmayıb. Onun sözlərinə görə, Tramp komandası mümkün görüşlə bağlı hələlik Moskva ilə əlaqə saxlamayıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da qeyd edib ki, diplomatın Moskvaya səfərinin hazırlanıb-hazırlanamayacağı ilə bağlı sualı cavablandıran Keyt Kelloqun Tramp administrasiyasında Ukrayna üzrə xüsusi elçi vəzifəsinə nə vaxt keçəcəyi barədə Moskvanın məlumatı yoxdur . Onun sözlərinə görə, Vaşinqtonun Rusiya ilə əlaqə yaratmaq niyyəti hələ də bəlli deyil.