ABŞ Baydenin oğluna qarşı yeni ittihamlar hazırlayır

ABŞ prezidenti Co Baydenin oğlu Hunterin avqustun sonuna kimi yeni ittihamlarla üzləşəcəyi gözlənilir.

Bizimxeber.az bildirir ki, bu barədə  "Associated Press" xəbər verib.

Məhkəməyə təqdim edilən sənədlərə əsasən, federal prokurorlar böyük münsiflər heyətinin ittiham aktlarını sentyabrın sonuna kimi qaytaracağını gözləyirlər. Sənədlər kiçik Baydenin narkotik istifadə edərkən odlu silah saxlamaqda ittiham olunduğu barədədir. 

Bu arada Nümayəndələr Palatasının respublikaçıları prezident Baydenin ABŞ-ın vitse-prezidenti olduğu dövrdə oğlunun biznes fəaliyyətlərində oynadığı iddia edilən rola görə ona qarşı impiçmentin əsaslarını araşdırmağa hazırlaşır.