ABŞ Avropa dövlətlərinin Fələstini tanımasını dəstəkləmədi

ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstin dövlətinin bir neçə Avropa ölkəsi tərəfindən birtərəfli qaydada tanınmasını dəstəkləməyib.

Bizixmeber.az bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib. 

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü qeyd edib ki, Bayden Yaxın Şərq münaqişəsinin iki dövlətin - İsrail və Fələstinin mövcudluğuna əsaslanan həllinin "qüvvətli tərəfdarıdır.

ABŞ prezidenti hesab edir ki, Fələstin dövləti birtərəfli tanınma yolu ilə deyil, tərəflər arasında birbaşa danışıqlar yolu ilə yaradılmalıdır. 

Xatırladaq ki, İspaniya, İrlandiya və Norveç  mayın 28-də  Fələstin dövlətini tanıyacaqlarını elan ediblər. Avropa Birliyinin üzvləri Sloveniya və Malta da son həftələrdə Fələstini tanımağı planlaşdırdıqlarını bildiriblər. 

Bu arada İsrail iki ölkənin Fələstin dövlətini tanımaq qərarına görə "təcili məsləhətləşmələr" üçün İrlandiya və Norveçdəki səfirlərini geri çağırıb.