Abid Şərifova məxsus olduğu bildirilən ASC cərimələnir

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu bildirilən “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə inzibati protokol yazılıb.

Dövlət Gömrük Komitəsi (DGK) ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.