Abdullahian dəfn edildi

19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında faciəvi şəkildə həyatını itirən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi keçirilir.

Bizimxeber.az bildirir ki, bu barədə İRNA məlumat yayıb. 

Bildirilib ki, mərasim Tehranda yerləşən Şah Əbdül Əzim abidə kompleksində baş tutur. Mərasimdə İran dövlət rəsmiləri, XİN-in əməkdaşları və xarici ölkələrin nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra mərhum nazir Tehranın Şah Əbdül Əzim qəbiristanlığında dəfn ediləcək.

***

Bu gün Tehranda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian dəfn olunub. İran xarici işlər naziri Tehranın Əbdüləzim Həsəni ziyarətgahında dəfn edilib.