“Abad həyət, sağlam həyat” adlı layihə icra edildi

“Sağlam Həyatın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 ci ildə elan etdiyi kiçik qrant müsabiqəsində qalib olduğu “Abad həyət, sağlam həyat” adlı layihəni uğurla icra edib. 

İctimai Birlikdən Bizimxeber.az-a verilən məlumata görə, layihəyə 01 sentyabr 2022-ci il tarixindən Bakının Xətai rayonundan start verilib. 

Layihə Bakının Nizami, Suraxanı, Xətai, Sabunçu, Xəzər, Yasamal, Səbail və Nəsimi rayonlarında yerləşən Abad həyətlərdə icra edilib. Layihədə 350-dən çox uşaq və yeniyetmə iştirak edib.

Layihənin məqsədinə uyğun olaraq uşaq və yeniyetmələr arasında Azərbaycan Xalq Oyunlarının təbliğini nəzərdə tutan idman yarışları keçirilib, bu oyunlar iştirakçılar arasında təbliğ olunub. Layihə iştirakçılarına həvəsləndirici sertifikatlar verilib.

Bundan əlavə layihə partnyorumuz N1 Psixoloji Mərkəzin mütəxəssislərinin iştirakı və tövsiyyələri əsasında 20-dək xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların valideynlərinin tədbirlərdə iştirakı təmin olunub.

Layihənin icrası dövründə milli xalq oyunlarımıza həsr olunmuş məlumatlandırıcı bukletlər çap olunmuş və iştirakçılar arasında paylanıb. 

Layihənin son tədbiri 30 oktyabr 2022-ci il tarixində Xəzər rayonu, Buzovna İdman məkəzində təşkil olunmuş və bağlanış mərasimi ilə tədbirə yekun vurulmuşdur. 
01 noyabr 2022-ci ildə layihəyə yekun vurulub.