79 nəfərə məzar olan hoteli bir də belə görün... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində yanğın baş verib.

Bizimxeber.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, yanğının baş verdiyi “Grand Kartal” hotelinin daxili hissəsi FPV dronla görüntülənib.⁠

Xatırladaq ki, yanğın nəticəsində 79 nəfər həlak olub. Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib.