Avtomobil istehsalçısı BMW elektrik qısaqapanma riski səbəbindən ABŞ-da 720 796 avtomobili geri çağırır.
Bizimxeber.az bildirir ki, bu barədə “Reuters" ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat yayıb. “Su nasosunda düzgün bağlanmayan elektrik birləşdiricisi suya məruz qala bilər və qısaqapanmaya səbəb ola bilər”deyə məlumatda qeyd olunur.
Geri çağırılmaya alman avtomobil istehsalçısının bəzi krossoverləri, xüsusən X1 və X5 modelləri, həmçinin bəzi BMW 5 sedanları daxildir.
NHTSA qeyd edib ki, dilerlər su nasosunu və birləşdiricini yoxlayacaq və dəyişdirəcək və geri çağırılan avtomobillərdə pulsuz olaraq qoruyucu qalxan quraşdıracaq.
Onlar həmçinin qeyd ediblər ki, BMW-nin 18 şikayət, narahatlıq və ya insidentdən xəbəri var, lakin qeyd olunan modellərdə qısaqapanma riski ilə bağlı hər hansı qəza və ya xəsarət halı qeydə alınmayıb.