61 mindən çox insan İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatın qurbanı olub.
Bizimxeber.az bildirir ki, bu barədə Fələstin hökumətinin mətbuat xidmətinə istinadən xəbər verib.
Fələstin Səhiyyə Nazirliyinin fevralın 1-də açıqladığı hesabata görə, İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 47 487 nəfər həlak olub.
“61 mindən çox insan İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatın qurbanı olub”, - deyə məlumatda bildirilir.
Hökumətin məlumatına görə, ölənlərin sayı 1155 tibb işçisi, 205 jurnalist və 194 mülki müdafiə işçisidir.
Xatırladaq ki, Fələstinin Qəzza zolağında münaqişə tərəfləri – İsrail və HƏMAS hərəkatı Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-dan 42 gün müddətinə atəşkəsə razılaşıblar. Nəhayət, son 15 ayda Livan və Yəmənə yayılan düşmənçiliklər, İsrail və İran arasında raket zərbələri mübadiləsinə səbəb olub.