56 ildən sonra bəraət aldı

Yaponiyada yenidən məhkəmə baxışı zamanı 1968-ci ildə ikisi uşaq olmaqla dörd nəfəri qətlə yetirməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilmiş 88 yaşlı keçmiş peşəkar boksçu İvao Hakamata bəraət alıb.

Bizimxeber.az bildirir ki, bu barədə Kyodo yazıb.

Hakamata 1966-cı ildə müdirini, həyat yoldaşını və iki uşağını qarət edib öldürməkdə ittiham edilərək həbs edilib.

O, 20 gün dindirilib, sonra qətli etiraf edib.

Məhkəmədə Hakamatu etiraf edib ki, ilkin ifadələri zamanı işgəncələrə məruz qalıb. Buna baxmayaraq, həmin şəxs ölümə məhkum edilib. 1980-ci ilin dekabrında Ali Məhkəmə nəhayət hökmü təsdiq edib.

Onilliklər ərzində müdafiə tərəfi apelyasiya şikayətləri verib. 2014-cü ildə işin yenidən araşdırılması başlandıqdan sonra Hakamata azadlığa buraxılıb.

26 sentyabr 2024-cü ildə məhkəmə onu təqsirsiz hesab edib.