50 məktəbli zəhərləndi

Tuvanın Qızıl şəhərindəki məktəblərdən birində 50 nəfər zəhərlənib, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Tıva Respublikasının başçısı Vladislav Xovalıq öz Telegram kanalında məlumat verib.

Vəziyyət Rospotrebnadzor və regional Təhsil Nazirliyinin nəzarətindədir.

Zəhərlənmənin bütün halları, həmçinin infeksiyanın törədicisi mütəxəssislər tərəfindən müəyyən edilir.