4 gündür 45 min abonent qazsız qalıb

Tbilisidə dördüncü gündür ki, 45 minə yaxın ailəyə qaz verilmir. Buna səbəb fevralın 9-da təsadüfən zədələnən və paytaxtın bir hissəsini təmin edən kəmərdir.  

Bizimxeber.az bildirir ki, Gürcüstanın Enerji və Su Təchizatı Komissiyası deyib ki,  artıq 150 min abonentin 70%-nin qaz təchizatı bərpa olunub, qalan 30%-ə, yəni təxminən 45 min abonentə isə günün sonuna qədər qaz veriləcək.

Şirkət fevralın 10-da səhər saatlarında boru kəmərinin zədələnmiş hissəsinin təmir olunduğunu və qazın şəbəkəyə buraxıldığını açıqlayıb. “Tbilisi Energy”dən verilən məlumata görə, Vakeyə qaz verilişi bu gün saat 15:00-a qədər, Saburtaloya isə saat 22:00-a qədər tam bərpa olunacaq.